EN

Ciddədə ABŞ-Ukrayna danışıqları keçirilir

Qahirə, 11 mart, AZƏRTAC

Ciddədə ABŞ-Ukrayna danışıqları keçirilir. Görüşdə tərəflərin nümayəndə heyətləri və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud və milli təhlükəsizlik müşaviri, nazir Musaid əl-Ayban iştirak edirlər. ABŞ-nin dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti də Ciddədir.

AZƏRTAC “əl-Arabiyyə”yə istinadla xəbər verir ki, danışıqlar zamanı Ukrayna atəşkəs planını ABŞ-a təqdim edəcək.

Bazar ertəsi Ciddədə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər müzakirə edilib, eləcə də Ukrayna böhranında son vəziyyət nəzərdən keçirilib. Məhəmməd bin Salman ölkəsinin böhranın həllinə və sülhün əldə olunmasına yönəlmiş bütün beynəlxalq səyləri və təşəbbüsləri dəstəklədiyini, bu məsələyə böyük önəm verdiyini vurğulayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
46
50
azertag.az

10Sources