EN

Kaya Kallas: İranın Rusiyaya hərbi dəstəyi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir

"İranın Rusiyaya hərbi dəstəyi, o cümlədən ballistik raketlər göndərməsi, beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxışında deyib.

“O cümlədən Şimali Koreyanın Rusiyaya qoşunlarını göndərməsi Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi pozulmasıdır. Buna görə də, biz hamımız səylərimizi Ukraynada ədalətli və davamlı bir sülhün tez bir zamanda əldə edilməsi üçün cəmləşdirməliyik”- deyə Kallas vurğulayıb.

Chosen
22
6
apa.az

7Sources