EN

Almaniyalı futbolçu "Liverpul"un maraq dairəsində

"Liverpul" yayda müdafiə xəttini gücləndirmək arzusundadır.

İdman.biz xəbər verir ki, "qırmızılar" almaniyalı futbolçu Niko Şlotterbeklə maraqlanırlar.

İngilislər Dortmund "Borussiya"sında çıxış edən 25 yaşlı müdafiəçiyə 50 milyon avro ödəməyə hazırdırlar. Niko komanda ilə yeni müqavilə imzalayan Virgil Van Deykin əvəzedici ola bilər.

Qeyd edək ki, Şlotterbekin "Borussiya" ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə 26 oyunda meydana çıxıb.

İdman.biz

Chosen
38
idman.biz

1Sources