EN

Rusiya Müdafiə Nazirliyi Ukrayna PUA-nın irimiqyaslı hücumunun səbəbini açıqlayıb

Ukrayna döyüş qabiliyyətini nümayiş etdirmək üçün Rusiyaya iri pilotsuz təyyarə zərbəsi endirib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Kiyev rejimi Ukraynanın hərbi əməliyyatları davam etdirmək qabiliyyətini nümayiş etdirmək üçün mülki infrastruktur obyektlərinə kütləvi hücuma keçib”, - Nazirliyin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edilib ki, Ukrayna bunu martın 11-də baş tutacaq Amerika-Ukrayna danışıqlarından əvvəl edib: “Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin zərbə hədəfini poza biliblər. Ümumilikdə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk Atom Elektrik Stansiyasının ərazisində ələ keçirdikləri altı pilotsuz təyyarə də daxil olmaqla 343 pilotsuz təyyarəni vurub”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
26
herbiand.az

1Sources