Bakıdan Rusiyanın paytaxtı Moskvaya olan avireyslərdə gecikmələr olub.
Xezerxeber.az xəbər verir ki, Moskva hava məkanının bağlanmasına səbəb bu gün səhər saat 4-də Moskva və Moskva vilayətinə kütləvi PUA hücumunun başlaması olub. Bakıdan həmin istiqamətə saat 08:05-də "Vnukova" və 09:05-də "Domodedova" hava limanlarına nəzərdə tutulan reyslər bu səbəbdən gecikib.
AZAL-ın Daxili və Xarici Kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar.
Fərid Hüseynov qeyd edib ki, artıq aviareyslər bərpa olunub.
Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.