EN

Xankəndidə bayram tonqalları qalanıb

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

APA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı qalanıb.

Şəhərin mərkəzində qalanan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.

Yel çərşənbəsi münasibəti ilə bir çox küçə və həyətdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.

Chosen
29
9
apa.az

10Sources