Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub. Manset.az xəbər verir ki, 1/4 finalda "Abşeron"la qarşılaşan "Naxçıvan" 102:60 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Günün ilk 1/4 final oyununda isə NTD "Şəki" kollektivini 71:66 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək.