EN

İşğaldan azad olunan Həsənriz kəndində Yel çərşənbəsi qeyd edilib (FOTO)

Bakı. Trend:

Baharın gəlişinin müjdəçisi olan Novruz çərşənbələri işğaldanazad edilmiş ərazilərdə coşğu ilə qeyd olunur.

Trend xəbər verirki, Ağdərə rayonunun Həsənriz kəndində "Böyük Qayıdış"dan sonra ilkdəfə Yel çərşənbəsi tonqalı yandırılıb.

Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızdayenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanlarıqürurlandırıb. Həsənriz sakinləri tonqal ətrafına toplaşıblar.Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günləri öz doğmaevlərində qeyd etməyin sevincini bölüşüblər.

Xatırladaq ki, 2025-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramıçərçivəsində Həsənriz kəndinə ümumilikdə 50 ailə köçürülüb. Hazırdakəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kəndəköç mərhələli şəkildə davam edəcək.

İşğaldan
İşğaldan
İşğaldan
Məqalədə:
Chosen
54
1
az.trend.az

3Sources