EN

Minifutbol: “Birbaşa Bakı” növbəti dəfə ölkə çempionu oldu

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025-ci illər mövsümünün həlledici oyunları keçirilib, qaliblər müəyyənləşib.

Arena.az xəbər verir ki, əvvəlcə üçüncü yerin sahibi bəlli olub.

Bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları üz-üzə gəliblər. Bakı Tennis Akademiyasında baş tutmuş görüşdə hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan (3:1) “Aznur” üçüncü yeri tutub.

Həlledici görüşdə isə “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gəliblər. Matç “Birbaşa Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Eşqin Tağıyev, 47-ci dəqiqədə isə Təmkin Xəlilzadə “Zirə”nin qapısına yol tapıb.

Xatırladaq ki, “Birbaşa Bakı” ötən il də minifutbol üzrə Azərbaycan çempionu olmuşdu.

Chosen
43
10
arena.az

10Sources