EN

Tərtərdə iki minik maşını toqquşub - Ölən var

Tərtərdə iki "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Day.Az-ın yerli bürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində baş verib.

Belə ki, qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov ölüb. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə yaralanıb.

Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
40
17
day.az

10Sources