Kiyev, 12 mart, AZƏRTAC
“Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün 30 günlük atəşkəsə razılaşıb. Burada münaqişənin dondurulmasından söhbət getmir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Facebook” səhifəsində bildirib.
Nazir qeyd edib ki, Ukrayna bu qərarı ilə müharibənin ədalətli sona çatması istiqamətində irəliləməyə hazır olduğunu sübut edir.
Sibiqa bildirib ki, söhbət 30 günlük atəşkəsdən gedir. Rusiyanın belə bir addımla razılaşacağı təqdirdə bu, atəşkəs yaradıla bilər. İndi Amerika tərəfi ruslarla bu məsələni müzakirə edəcək.
“Bu müvəqqəti atəşkəs nəyə görə vacibdir? Çünki söhbət dondurulmuş münaqişədən getmir. Söhbət ədalətli şəkildə müharibəni bitirmək yoluna başlamaq cəhdindən gedir. Bu, həm də kimin sülhdə həqiqətən maraqlı olduğunu nümayiş etdirən bir addımdır”, - deyə XİN rəhbəri vurğulayıb.
Xatırladaq ki, ABŞ-la Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı Ukrayna Rusiya ilə 30 gün ərzində atəşkəs rejimini nəzərdə tutan təkliflə razılaşıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev