Konstruksiyanın yanğından mühafizəsi konstruksiyanın qızdırılan səthində yanğından mühafizə istilik-izolyasiya qatının yaradılmasına əsaslanan yanğından mühafizə üsuludur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Massiv az armaturlanmış konstruksiyalar qalınlığı 0,5 m-dən çox olan və armaturlanması 0,5 faizdən çox olmayan konstruksiyalardır. Naziklaylı yanğından mühafizə örtüyü quru qat qalınlığında, bir qayda olaraq 3 mm-dən çox olmayan, konstruksiyanın qızdırılan səthinə çəkilən, yanğın təsirindən qalınlığını bir neçə dəfə artıran xüsusi yanğından mühafizə örtüyüdür.