EN

Çempionlar Liqasında ¼ finala adlayan ilk komandalar bəlli oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, azarkeşlər dörd qarşılaşmaya şahidlik ediblər. Portuqaliyadakı ilk matçda “Benfika”nı 1:0 hesabı ilə məğlub edən “Barselona” bu dəfə Lissabon təmsilçisini doğma meydanda sınağa çəkib. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayıb. 

Maraqla gözlənilən digər görüş isə İngiltərədə reallaşıb. Burada “Liverpul” Fransanın PSJ klubunu qəbul edib. Komandalar arasında Parisdə keçirilmiş ilk görüş ingilislərin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qarşılaşma gecə saat 00:00-da başlayıb. 

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları   

11 mart   

21:45. “Barselona” (İspaniya) 3-1 “Benfika” (Portuqaliya)   

İlk oyun - 1:0. 

  00:00. “Liverpul” (İngiltərə) 1-4 PSJ (Fransa)-penaltilər   

İlk oyun - 1:0.   

00:00. “İnter” (İtaliya) 2-1 “Feyenoord” (Niderland)   

İlk oyun - 2:0.   

00:00. “Bayer” (Leverkuzen, Almaniya) 0-2 “Bavariya” (Almaniya)   

İlk oyun - 0:3.   

Qeyd edək ki, bu raundun digər oyunları martın 12-də keçiriləcək. 

Bizim.Media 

Chosen
80
6
bizim.media

10Sources