EN

Çempionlar Liqasında 1/8 finala yekun vurulur

Bu gün Çempionlar Liqasında 1/4 finalın son 4 iştirakçısı bilinəcək.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 1/8 finalın cavab oyunlarının 2-ci günündə Dortmund "Borussiya"sı səfərdə "Lill"lə üz-üzə gələcək (ilk matç - 1:1). "Arsenal" PSV-ni (ilk oyun - 7:1), "Aston Villa" "Brügge"ni (ilk görüş - 3:1) qəbul edəcək. Günün maraqla gözlənilən oyunlarından biri Madriddə keçiriləcək. İlk matçda 2:1 hesabı ilə qalib gələn "Real" "Atletiko"nun qonağı olacaq. Qeyd edək ki, ötəngünkü cavab görüşlərindən sonra "Barselona", PSJ, "İnter" və "Bavariya"nın mərhələ adladığı dəqiqləşib. Çempionlar Liqası, 1/8 final, cavab oyunları  12 mart 21:45. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) İlk oyun - 1:1 00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland) İlk oyun - 7:1 00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) İlk oyun - 3:1 00:00. "Atletiko" (İspaniya) - "Real" (İspaniya) İlk oyun - 1:2 11 mart “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) - 3:1 İlk oyun - 1:0. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) - 0:1. Penaltilər seriyası - 1:4 İlk oyun - 1:0. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) - 2:1 İlk oyun - 2:0. “Bayer” (Almaniya) - “Bavariya” (Almaniya) - 0:2 İlk oyun - 0:3. 1/4 final cütləri "Barselona" (İspaniya) / "Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) "Arsenal" (İngiltərə) - PSV (Niderland) / "Atletiko" (İspaniya) - "Real" (İspaniya)

PSJ (Fransa) / "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)

Chosen
18
34
manset.az

10Sources