EN

Paşinyandan müharibə anonsu – Nə baş verir? 

  Ermənistanın “Hraparak” nəşri yazıb ki, Baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə iclas keçirib. Məlumata görə, o, iclasda Azərbaycanla sülh prosesinin dalana dirəndiyini açıqlayıb.

Sitat:

“Paşinyan deyib ki, Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib”.

Bundan başqa, “Caliber” də Ermənistanın müharibəyə hazırlaşması iddiası ilə çıxış edib.

Regionda eskalasiya gözlənilirmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistanda müharibə söz-söhbətləri yenidən qızışıb:

“Paşinyana qarşı gələn qüvvələr Azərbaycan-Ermənistan, Qarabağ məsələsindən istifadə edirlər. Keçmiş xarici işləri naziri Vardan Oskanyan da son zamanlar fəallaşıb. Müxtəlif xarici ölkələri ziyarət edən Oskanyan Ermənistana gələrək keçmiş Qarabağ separatçıları ilə görüşlər keçirir, onlara müxtəlif vədlər verir.

Oskanyan ümumilikdə riyakar şəxsdir. Suriya ermənisi olan bu adam vaxtilə birlikdə hərəkət etdiyi Levon Ter-Petrosyanı tərk edərək vəzifə xatirinə Robert Köçəryanın komandasında təmsil olunmağa başladı. İndi də Qriqoryan kilsəsi, diaspor və xarici havadarlarının xoşuna gəlmək üçün bu cür oyunlardan çıxır. Ermənistan hökuməti bu şəxsləri susdurmağı bacarmalıdır”.

Politoloq qeyd edib ki, Ermənistandan zaman-zaman müharibə anonsu verilsə də, Azərbaycan sülh gündəliyinə sadiqdir:

“Ancaq sərhəddə hər hansı təxribat baş verərsə, Ordumuz dərhal adekvat cavab tədbirləri görəcək. Görünür, Ermənistanda hələ də revanşist əhvalda olan xəyalpərəstlər az deyil. Buna görə də Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, buradakı ərazi iddiasının çıxarılması barədə tələbi haqlıdır”.


Chosen
22
2
referans.az

3Sources