EN

DİN: Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Bakı, 12 mart, AZƏRTAC

Martın 11-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

 

 

 

Chosen
35
49
azertag.az

10Sources