EN

Alkoqollu içkidən zəhərlənən Ceyhun Əsgərov xəstəxanaya aparıldı - FOTO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi.

Bu paylaşımdan sonra səhiyyə qurumları hərəkətə keçərək onu təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırıb.

Bizim.Media xəbər verir ki, məlum olub ki, Ceyhun Əsgərov bir neçə gün ardıcıl olaraq həddindən artıq alkoqollu içki qəbul etdiyi üçün zəhərlənib. Hazırda toksikologiya şöbəsində ona tibbi yardım göstərilir. /Musavat.com 



Bizim.Media

Chosen
62
15
bizim.media

10Sources