EN

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi keçirilir

Qeydiyyat martın 19-dək davam edəcək. 

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi keçirilir. 

Operativ Media xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.

Hakatonda iştirak üçün qeydiyyat  codehour.edu.az saytı üzərindən aparılır.

Qeydiyyat martın 19-dək davam edəcək. 

 

Chosen
13
operativmedia.az

1Sources