Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili büdcə vəsaitlərindən 3,2 milyon dollar mənimsəmək ittihamı ilə 9 il həbs cəzası alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Insanoid” Telegram kanalı yazıb.
İstintaqa görə, o, 2009-2012-ci illərdə dövlət vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləyib.
Saakaşvili hazırda Gürcüstanda həbsdədir. O, 1 oktyabr 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra saxlanılıb.
Bizim.Media