Martın 12-də saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.