EN

Kallas: Qərar Rusiyadan asılıdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynadakı vəziyyətlə bağlı "qərar Rusiyadan asılıdır" ifadəsini işlədib. O, ABŞ-nin atəşkəs rejimi tətbiq etmək təklifinə dəstək verdiyini bildirib.

Oxşar açıqlamaları Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer də səsləndirib. Kallasın sözlərinə görə, Aİ Ukraynada "ədalətli və daimi sülhün" əldə edilməsi üçün əlindən gələni edəcək.

Bununla yanaşı, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov isə bəyan edib ki, Ukrayna məsələsində istənilən razılaşma Moskvanın şərtləri əsasında əldə olunacaq və real danışıqlar "cəbhədə yazılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
olaylar.az

1Sources