EN

Son otuz ildə dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib - Bahar Muradova (FOTO)

Bakı. Trend:

Son otuz il ərzində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasıəsasında dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldəedilib.

Trend xəbərverir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova BMT-də Qadınların StatusuKomissiyasının 69-cu sessiyasında çıxışı zamanı deyib.

O, ötən il Bakıda keçirilən COP29 çərçivəsində ilk dəfə “GenderGünü” keçirildiyini, eləcə də yekdil qərar ilə 10 illik YenilənmişGender üzrə Lima İş Proqramının qəbul edildiyini söyləyib.Ölkəmizdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsiüzrə milli institusional mexanizmlərdən söz açan sədr, Azərbaycandainstitusional və vətəndaş cəmiyyəti təşkilatlarının koordinasiyalısəyləri sayəsində qadın hüquqlarının müdafiəsində nəzərəçarpacaqirəliləyiş əldə edildiyini qeyd edib.

Çıxış zamanı məişət zorakılığı, uşaq evlilikləri, qohumnikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə yenitənzimləyici normalar daxil edildiyi diqqətə çatdırılıb, qadınlarınvə gənc qızların təhsil imkanlarının genişləndirilməsi, eləcə dəsiyasi iştirakının və qərar qəbuletmə orqanlarında təmsilçiliyininartırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatverilib.

Bildirilib ki, bəşəriyyətə qarşı ən böyük zorakılıq ədalətsizmüharibələrdən, işğaldan, etnik təmizləmə aktlarındanqaynaqlanır.

Bahar Muradova əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü vəsuverenliyini bərpa etsə də, onilliklər boyu davam edən işğalındağıdıcı nəticələri mülki əhaliyə təsir etməkdə davam edir:

“Bu mötəbər kürsüdən xüsusilə vurğulamaq istərdim ki, beləhalların təkrar olunmaması üçün bütün dünya ölkələri sülh üçünsəylərini artırmalı və cinayətkarları cəzalandırmaq üçünçalışmalıdırlar”.

Qeyd edək ki, Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycannümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında PekinBəyannaməsi və Fəaliyyət Platformasının icrası vəqiymətləndirilməsinə həsr olunmuş Qadınların Statusu Komissiyasının69-cu sessiyasında iştirak edir. Sessiya çərçivəsində B.MuradovanınMacarıstanın Ailə Məsələləri üzrə Dövlət Katibi Zofia Konts,BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrəKomitəsinin (CEDAW) sədri Nahla Haidar, eləcə də Serbiyanın genderbərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması vəqadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi naziri TatyanaMakura ilə görüşləri keçirilib. Görüşlərdə tərəflər arasındamüvafiq sahədə əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələraparılıb, təkliflər səsləndirilib.

Son
Son
Son
Son
Son
Son
Son
Son
Chosen
17
1
az.trend.az

2Sources