EN

“Psixoloqa müraciətdən sonra boşanma fikrini dəyişirlər”

“Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən, yaxın qohumlar arasında nikahın qadağan olunması təbii ki, əhalinin sağlamlığının qorunmasına yönəlib. Erkən nikahların qarşısının alınması üçün bir sıra məsuliyyət tədbirləri müəyyən olunub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.

“Son dövrlərdə pilot olaraq Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən nikahın pozulması ilə bağlı müraciət edən şəxslərə psixoloq müraciəti tövsiyə olunur. Bunun nəticəsində 20%-ə yaxın şəxs psixoloq müraciətindən sonra nikahın pozulması fikrini dəyişir. Bu məsələnin birbaşa qanunvericiliklə tənzimləməsi üçün təkliflər hazırlanır”, - deyə nazir müavini bildirib.

Nuranə Daxilqızı 

Chosen
19
qafqazinfo.az

1Sources