EN

Bu ilin iki ayında narkotiklərlə bağlı 545 nəfər tutulub, 17-si xarici vətəndaşdır

Bu ilin yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 545 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 17-18 yaşadək - 1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26-29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-si qadın olub.

Chosen
30
13
aznews.az

10Sources