"Hər kəs elmlə məşğul ola bilmir. Hər bir elm çox böyük bilik, bacarıq tələb edir".
ÖlkÉ™.Az xÉ™bÉ™r verir ki, bu sözlÉ™ri “Sabahın alimlÉ™ri” XIV Respublika LayihÉ™ MüsabiqÉ™sinin açılış mÉ™rasimindÉ™ çıxışı zamanı elm vÉ™ tÉ™hsil nazirinin müavini Firidun Qurbanov deyib.
"Bəzən alimləri qədim dövrdə dünyanın müxtəlif yerlərində yüz ilə yaxın yaşı olan tarixi binaları yaradan ustalara, memarlara bənzədirlər. Bu əsərlərin yaradılmasında bir neçə nəsil iştirak etsə də, o ustalar həmin əsərin sonunu görmürlər. Amma bunu bilə-bilə yenə də öz sənətinə sevgi ilə yanaşırlar. Elmdə də bu cür olmalıdır. Çünki elm bağlı kitab deyil, daim yenilik gətirir, bu yenilik yeni suallar yaradır və daim inkişafda olan bir sahədir. Sizə (sabahın ailmlərinə) uğurlar arzu edirəm. Sevinirəm ki, bu layihədə iştirak edirsiniz. Ölkənin gələcəyi sizlərdən, sizin yaradıcı ruhunuzdan asılıdır",- deyə o əlavə edib.
BillurÉ™ Yunus