EN

Kovaçı gözləyən istefa təhlükəsi

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç mövsümün sonunda istefaya göndərilə bilər.

Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunun baş verməməsi üçün qarşısına qoyulan hədəfləri yerinə yetirməlidir.

Müqavilədə xüsusi maddə nəzərdə tutulub: Əgər komanda avrokuboklara vəsiqə qazana bilməsə, Kovaç maaşının 50 faizini təzminat olaraq alacaq. Baş məşqçinin və onun məşqçi korpusunun istefası “Borussiya”ya təxminən 3 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, Niko Kovaçın “Borussiya” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Dortmund təmsilçisi hazırda Bundesliqada 10-cu pillədə qərarlaşır.

Chosen
28
msport.az

1Sources