EN

Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək

Bakı. Trend:

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə martın 14-dəTovuz rayon Mədəniyyət Evində “Aqrar sahədə fəaliyyət göstərənkooperativlərin inkişafı” Forumu keçiriləcək.

Trend-ə bubarədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, Aqrar Biznes Festivalı çərçivəsində baş tutacaqForumun keçirilməsində məqsəd aqrar sahədə istehsalın vəsəmərəliliyin artırılması, həmçinin sahibkarlıq ekosisteminininkişafına töhfə verməkdir.

Forumun əsas hədəfləri sahibkarların kooperativlər vasitəsiləaqrar biznesə daha səmərəli inteqrasiyasını təşviq etmək, onlarıniqtisadi müstəqilliyini artırmaq və kooperativlərin inkişafınadəstək verməkdir.

Tədbirdə 20-dən çox rayondan kənd təsərrüfatı məhsullarınınistehsalı ilə məşğul olan 30-dan artıq qadın inkişaf və müəssisəqrupu iştirak edəcək.

Forumun ilk hissəsində dövlət qurumları və assosiasiyalarıniştirakı ilə “Kooperasiyaların formalaşmasına və stratejiinkişafına dəstək” mövzusunda panel müzakirə təşkil ediləcək.Müzakirələr zamanı kooperativlərin qurulması, idarə olunması vəinkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılmasınəzərdə tutulur.

Forumun ikinci hissəsində regional sərgilərdə fəal iştirak edənkooperativ rəhbərlərinin qatılacağı “Kooperativlərin inkişafı:təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdəisə uğurlu sahibkarlıq nümunələri və aqrar sahədə kooperativlərininkişafına dair praktik təcrübələr paylaşılacaq.

Bu tədbirin aqrar sektorun inkişafına töhfə verməsi, regionlardasahibkarların biznes mühitində daha fəal iştirakınıstimullaşdırması və kooperativlər arasında əməkdaşlığıngücləndirilməsi baxımından mühüm platforma olacağı gözlənilir.

Chosen
19
7
az.trend.az

8Sources