Bir müddət öncə tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində yaranan problemlərlə bağlı Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Vəkilə üçüncü dəfə insult diaqnozu qoyulmuşdu. Vəkilin son vəziyyəti ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həyat yoldaşı Zemfira Mustafayeva bildirib ki, onun vəziyyəti indi normaldır:
“Yavaş-yavaş vəziyyəti yaxşılaşır. Hazırda müalicəsi evdə davam edir.
Əvvəlkinə nisbətən çox yaxşıdır. Əvvəllər danışa bilmirdi, artıq danışır. Fikrini izah edə bilir”.