EN

"Traktor" AÇL-nin yarımfinalına çıxa bilmədi

Təbrizin “Traktor” klubu Asiya Çempionlar Liqasının 1-ci yarımfinalı çərçivəsində Səudiyyə Ərəbistanının “Əl Tavun” komandası ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, martın 11-də Səudiyyə Ərəbistanının Borridə şəhərində keçirilən cavab qarşılaşmasının əsas və əlavə vaxtı 2-2 hesabı ilə başa çatıb.

Penalti zərbələrindən 4-2 hesabı ilə qalib ayrılan “Əl Tavun” növbəti mərhələyə adlayan tərəf olub.

Qeyd edək ki, tərəflər arasında Təbrizdə keçirilən ilk görüş 0-0 hesabı ilə başa çatmışdı.

Chosen
13
axar.az

1Sources