EN

Tramp Maska bu cür dəstək oldu – FOTOLAR

ABŞ Prezidenti Donald Tramp baş müşaviri və “Tesla” şirkətinin baş direktoru İlon Maska dəstəyini göstərmək üçün “Tesla” avtomobili satın alıb.

Ağ Evin bağçasına gətirilən “Tesla” avtomobilləri ilə kameralar qarşısına keçən ikili bir sıra açıqlamalar veriblər.

Normalda özü avtomobil sürmədiyini, lakin Maska dəstəyini göstərmək üçün avtomobil alacağını qeyd edən Tramp, “Mən onu alacağam, çünki bir nömrəli, əla məhsuldur”, - deyə bildirib.

Tramp daha sonra bütün enerjisini və həyatını buna həsr edən Maska haqsızlıq edildiyini bildirib.

ABŞ prezidenti vurğulayıb ki, Tesla dilerlərinə qarşı zorakılıq iddiaları “daxili terror aktı” kimi qiymətləndiriləcək və cinayətkarlar üçün ağır nəticələrə səbəb olacaq.

“AzPolitika.info”

Chosen
16
1
azpolitika.info

6Sources