Azərbaycanlı Rafael Fiziyev UFC-də çəki dərəcəsini dəyişmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə idmançı özü qatıldığı podkastların birində məlumat verib.
O, yüngül çəki dərəcəsindən (70 kq) yarımyüngülə (65 kq) keçməyi planlaşdırır: "Mən artıq bu barədə ciddi düşünürəm. Çünki son döyüş ərəfəsində çəkimi çox asanlıqla sala bildim. Bütün həftə ərzində dietoloqum məni kilo almağa məcbur edirdi, axı çətinlik çəkmədən arıqlamışdım".
33 yaşlı həmvətənimiz bildirib ki, yarımyüngül çəkidə ən güclü idmançılarıa qüvvəsini sınamaq istəyir: "Mən yeni çəki dərəcəsində Top-10-a daxil olanlarla döyüşməyi arzulayıram. Əgər çəkimi dəyişsəm, onlara problem yaradacağam".
Qeyd edək ki. R.Fiziyev martın 9-da UFC313 turnirində ABŞ idmançısı Castin Qeyciyə uduzub. Peşəkar karyerasında 16 rəsmi görüşə çıxan həmyerlimiz 12 qələbə qazanıb, 4 dəfə məğlubiyyətlə üzləşib.