1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
İstintaq hesab edir ki, Aleksandr Berejnoy 2023-cü ildə polis binasında yarımçıq qalan təmir işlərinin qəbuluna dair göstəriş verib. A.Berejnoy, həmçinin "Neptun 550" adlı xidmət gəmisini qeydiyyata almaqda, saxta sənədlər hazırlamaqda və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
Məlumat üçün əlavə edək ki, A. Berejnoy 2024-cü ilin payızında idarə rəisi vəzifəsini tərk edib.