EN

Millimizin Haiti və Belarusla oyunlarının təyinatları AÇIQLANDI

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

Viral.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.

Hər iki matça 21:45-də start veriləcək.

Son Yazılar:

22 mart

21:45. Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam (Türkiyə)

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 

25 mart

21:45. Azərbaycan – Belarus

Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)

Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”

Chosen
15
28
viral.az

10Sources