MÜTDA: Azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssisəsində 211 uşaq təhsil alır.
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu yenidən qurulur.
MÜTDA-dan Operativ Media-ya verilən məlumata görə, hazırda bu ərazilərdə 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd olunub ki, burada 18 təhsilverən 211 uşağın təlim-tərbiyəsi ilə məşğul olur.