İsveçrədə siyasətçi rəngli su tapançası aldığına görə cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə “Aargauer Zeitung” qəzeti yazıb.
Məlumata görə, Sürixin qərbində yerləşən Buxs qəsəbəsinin yerli şurasının üzvü Mark Caisli 2024-cü ilin avqustunda sözügedən tapançaları xaç övladlarına hədiyyə etmək üçün sifariş verib.
Səlahiyyətlilər su silahlarının ölkənin silah qanunlarını pozduğunu, rəngli olmasına baxmayaraq, görünüşünə görə həqiqi silahlarla səhv salına biləcəyini bildiriblər.