Bakı. TurkicWorld:
Bakıda 13-15 mart tarixlərində keçiriləcək XII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilir.
TurkicWorld xəbər verir ki, forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzənininin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” devizi altında keçiriləcək.
Tədbirdə geosiyasi dəyişikliklər, çoxtərəflilik, qlobal səhiyyə böhranı, dünyanın bərpası və regional sabitlik, COP29 və digər əsas qlobal problemlər müzakirə olunacaq.
Forumda 60-dan çox ölkədən 300-dən çox dünya lideri, o cümlədən 25-dən çox keçmiş prezident, 15-dən çox keçmiş baş nazir, 10-a yaxın BMT və beynəlxalq qurumların rəhbəri, 25-dən çox keçmiş nazir və nazir müavinləri iştirak edəcək.
Xəbər yenilənəcək