Hotel əvvəllər Vasif Talıbovun oğlu Seymura məxsus olub. Talıbov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə, otelin Səttar Möhbalıyevin nəzarətinə keçdiyi bildirilir. Adlarının çəkilməsini istəməyən işçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, rəhbərlik və sahibkar əməkhaqlarını vermir, haqqını tələb edənləri isə işdən çıxarmaqla hədələyir: “İki aydır maaşımızı vermirlər. İstəyəndə “pul yoxdur” deyirlər, amma otel işləyir, qonaqlar qəbul olunur, yaxşı da qazanc əldə edirlər. Xadimələr və digər işçilər çətin vəziyyətdədir. Haqqımızı tələb edəndə isə bizi təhdid edirlər. Evə çörək aparmağa pulumuz yoxdur, bank borclarımız yığılıb. Səttar müəllim hoteldə tez-tez görünür, amma bizim onunla görüşməyimizə imkan vermirlər. O, vəziyyəti bilir, amma müdaxilə etmir”. Hotel işçiləri Səttar Möhbalıyevə müraciət edərək maaşlarının dərhal ödənilməsini tələb edirlər.