1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bakıda keçirilən COP29 çərçivəsində iqlim maliyyəsinin 300 milyard dollara çatdırılması istiqamətində mühüm irəliləyiş əldə edildi. Bu, mühüm nəticədir".
Oxu.Az xəbər verir ki, bunu İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayder Bakı Qlobal Forumuna həsr edilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, iqlim maliyyəsi üzrə ən mükəmməl plandır:
"2025-ci il çox mühüm dövrdür. Cari ildə maliyyənin nəzərdə tutulan həcmi razılaşdırılarsa, bu rəqəm üç trilyon dollar təşkil edəcək. Hazırda əsas məsələ bu hədəfin reallaşdırılmasından ibarətdir".
Mərahim Nəsib