EN

Azərbaycanlı şair və xanımı həbs edildi

Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suriyə həbs cəzası verilib.

 

Pravda.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

 

Məlumata görə, Nəhavən şəhərinin İnqilab Məhkəməsi “hökumətə qarşı təbliğat” ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.

 

Bundan əvvəl onlara qarşı irəli sürülən “milli təhlükəsizliyə qarşı qrup yaratmaq” ittihamı isə ləğv olunub.

Tarix: 12 Mart 2025, 16:23   
Chosen
14
18
pravda.az

10Sources