Rusiyanın çimərlik futbolu üzrə “Krasnodar” komandası Bakıda təlim-məşq toplanışı keçəcək.
Msport.az xəbər verir ki, komanda may ayında Azərbaycana səfər edəcək.
Məlumata görə, “Krasnodar” Avropa çempionatının I seçmə mərhələsinə hazırlaşan Azərbaycan yığması ilə yoxlama görüşü də keçirəcək.
Qeyd edək ki, yığma hazırlıq məqsədilə mayın 10-dan 17-dək Bakıda toplanış keçəcək.