EN

Halit Ergenç və Rıza Kocaoğlu həbs ediləcək? - 4 ilə qədər...

Halit Ergenç və Rıza Kocaoğlunin 4 ilə qədər həbsi istənilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, türkiyəli məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu Gezi Parkı etirazları ilə bağlı aparılan istintaqda yalan ifadə verməkdə ittiham olunurlar.

Ayşe Barımın işinə dair başladılan Gezi Müqaviməti istintaqı çərçivəsində verdikləri ifadələrdə Memet Ali Alabora ilə əlaqə məsələsində ziddiyyətli bəyanatlar verən Ergenç və Kocaoğlu haqqında İstanbul Cumhuriyyət Başsavcılığı ittihamnamə hazırlayıb.

Prokurorluq hər iki aktyorun 2 ildən 4 ilə qədər həbs olunmasını tələb edir.

İddianaməyə əsasən, Ergenç və Kocaoğlu Alabora ilə heç bir əlaqələri olmadığını bildirmişdilər. Lakin iddianaməyə daxil edilən fotoşəkillər və HTS məlumatları onların Gezi dövründə bir neçə dəfə əlaqə saxladıqlarını ortaya çıxarıb. Xüsusilə, Ergençin Gezi Müqaviməti zamanı Alabora ilə 12 dəfə əlaqə saxladığı bildirilir.

İddianamə hazırda İstanbul Məhkəməsinə təqdim edilib.

Fidan
Milli.Az

 
Chosen
8
2
milli.az

3Sources