EN

Həbs edilən sabiq prezident Niderlanda göndərildi: Haaqa məhkəməsində cavab verəcək

Filippin polisi keçmiş prezident Rodriqo Duterteni Manilada həbs edib və Niderlanda göndərib.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Ferdinand Markos bildirib.

Haaqadakı Dünya Məhkəməsi Dutertenin hakimiyyətdə olarkən nəzarət etdiyi narkotiklərlə amansız mübarizəyə görə onu insanlığa qarşı cinayətlərdə ittiham etdikdən sonra İnterpol vasitəsilə həbsinə order verib. Duterte ailəsi ilə birlikdə Manila Beynəlxalq Hava Limanında həbs edilib.

Asiyanın ən qorxulu liderlərindən sayılan Duterte regionun beynəlxalq məhkəmə tərəfindən həbs edilən ilk keçmiş lideri olub.

Bildirilir ki, qəfil həbs hava limanında iğtişaşlara səbəb olub, Dutertenin vəkilləri və köməkçiləri həbsdən sonra siyasətçiyə yaxınlaşmağa icazə verilmədiyinə etiraz ediblər.

Dutertenin yaxın müttəfiqi Bonq Qo bunu "konstitusiya qanununun pozulması" adlandırıb.

Chosen
10
publika.az

1Sources