EN

​​​​​​​Bərdədə avtomobil ağaca çırpılıb

Bərdədə minik maşını idarəetməni itirərək ağaca çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.

Qəzadan sonra "Chevrolet" markalı maşında alışma olub. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğın riskinin qarşısı alınıb.

Xəsarət alan sürücü Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Chosen
13
8
apa.az

10Sources