Finlandiya prezidenti 2025-ci ilin oktyabrında Qazaxıstana səfər edəcək.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb 2025-ci ilin oktyabrında Qazaxıstana səfər edəcəyini bildirib.
Dövlət başçıları telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.