EN

Seymur Orucov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Ağstafanın Poylu kəndində keçirib. 

"Unikal" xəbər verir ki,  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müvafiq qrafikə uyğun olaraq Poylu kənd  üzrə nümayəndəliyinin binasında keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyatı  təşkilatların məsul şəxsləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçı qeyd edib ki, hər zaman xalqın milli maraqlarını rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun firavan həyatı, rifah içində yaşaması dayanır.

Ulu Öndər Heydər Əliyevin siyasi xətti ilə özünün ən şərəfli tarixi dövrünü yaşayan ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə lider dövlət kimi bütün regionda inkişaf mərhələsinin yeni başlanğıcını qoyub. 

Qəbulda vətəndaşların səsləndirdikləri məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə konkret tapşırıq və tövsiyələr verilib. 

Chosen
15
unikal.az

1Sources