EN

Azərbaycan idmançısı beynəlxalq paralimpiya yarışlarında iştirak hüququ qazanıb

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan paralimpiyaçısı Polad Rzayev ABŞ-ın Kolorado ştatında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, o, paralimpiyanın dağ xizəyi idman növündə LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.

Bununla da, P.Rzayev beynəlxalq yarışlarda və Qış Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərdə iştirak edə biləcək. İdmançının yarışlara hazırlığı və yarışlarda iştirakı üçün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Chosen
14
5
azertag.az

6Sources