Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalını təşkil edəcək.
İdman.biz xəbər verir ki, beynəlxalq turnir "Baku Crystal Hall"ın sərgi mərkəzində keçiriləcək.
Yarışda şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq. Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.
Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Turnir Aprelin 27-dən mayın 6-dək baş tutacaq.
Qeyd edək ki, “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək yarışlardan biridir.
İdman.biz