Türkiyənin məşhur aktrisası əməliyyat olundu - FOTO
Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə “Nilay” obrazını canlandıran aktrisa Feyza Civelek əməliyyat olub.Manset.az xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında paylaşım edib. “Qolumla bağlı əməliyyata girirəm. Dualarınızı əsirgəməyin”, - paylaşımda qeyd edib.
Qeyd edək ki, aktrisa ötən ay qolunu sındırdığını açıqlamışdı. Serialın son bir neçə bölümünə də qolu sarğılı çəkilmişdi.