Xəbər verdiyimiz kimi Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mötəbər tədbirin iştirakçıları sırasında Azərbaycanın dövlət məmurları və futbolun tanınmış simaları ilə bərabər Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Nani də olub.
O, mərasimdə çıxış edib və Azərbaycan futboluna uğurlar arzu edib. Bundan başqa, Nani püşkü də çəkib.
“Salam, Bakı. Bu möhtəşəm yarışın bir parçası olmaq çox gözəldir. Təşkilatçılara dəvət üçün təşəkkür edirəm. Hamıya uğurlar!”, - deyə Nani əlavə edib.
Bizim.Media