EN

Vaşinqtona səfər dəvəti almadığını bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampdan Vaşinqtona getmək üçün rəsmi dəvət almadığını bildirib.

“Qafqazinfo” “Strana” nəşrinə istinadən xəbər verir ki, Zelenski bu haqda çıxışı zamanı danışıb.

O vurğulayıb ki, Amerika tərəfi ilə istənilən danışıqlar hər iki ölkə üçün müsbət nəticə gətirməlidir.

“ABŞ Prezidenti ilə istənilən görüş konkret qərarlarla yekunlaşmalıdır. Bu gün cəmiyyət bizdən təsirli addımlar gözləyir, ona görə də belə dialoqlara hərtərəfli hazırlaşmaq lazımdır”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, martın 11-də ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini etiraf edib. 

"Cebheinfo.az"

Chosen
18
3
cebheinfo.az

4Sources